Ermənistan Silahlı Qüvvələrinin əsgəri Azərbaycanla sərhəddə atışma zamanı yaralanıb.
EDNews erməni mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yayıb.
Onun sözlərinə görə, erməni əsgərin yarası cüzidir, həyatı təhlükəsi yoxdur.
Stepanyan indi sərhəddə vəziyyətin stabil olduğunu deyib.(konkret.az)