Xəbər verdiyimiz kimi sabah Qondarma Dağlıq Qarabağ Respiblikasına "prezident seçkiləri" keçiriləcək.
EDNews xəbər verir ki, məsələylə bağlı Qarabağ Azadlıq Təşkilatı bəyanat yayıb. Bəyanatda işğalçı rejimə dərhal zərbə endirmək çağırışı yer alıb:
AZƏRBAYCAN BU GECƏ ZƏRBƏ ENDİRMƏLİDİR
Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan sabah, martın 31-də Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə işğalçı ermənistanın qondarma "seçkilər" keçirməsinə imkan verməməlidir. Bunun üçün Azərbaycan Silahlı Qüvvələri bu gecə düşmənin işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərimizdə yerləşən hərbi obyektlərinə raket zərbələri endirməli, işğal altındakı ərazilərimizin üzərində hərbi aviasiyanın manevrlərini həyata keçirməlidir. ERMƏNİSTANA ZƏRBƏ, AZƏRBAYCANA QƏLƏBƏ!
Nicat İsmayılov