Müstəmləkəçi Çin silahlı qüvvələrinin 1990-cı il 5 və 6 apreldə Şərqi Türküstanın Barın qəsəbəsində ağır silahlarla törətdiyi soyqırım nəticəsində yüzlərlə günahsız insan öldürüldü, minlərlə insan tutularaq düşərgələrə və həbsxanalara göndərildi.
Bundan 30 il əvvəl, müqəddəs Ramazan ayında ailə planlaması adı altında başladılan doğuş qadağası siyasəti çərçivəsində məcburi abortların dayandırılması kimi tələblərini ifadə etmək üçün məscidin çıxışındakı küçələrə tökülən günahsız insanlara qarşı güc tətbiq edilərək onlar susduruldu.
Xalq zülm və təhqirə müqavimət göstərdikdə isə bölgəyə göndərilən 22 min 750 silahlı əsgər Barın qəsəbəsini mühasirəyə aldı, günahsız insanların tələbləri onları məhv etməklə susduruldu... Hadisədən 30 il keçməsinə baxmayaraq, təxminən 20 min insanın yaşadığı Kaşğara bağlı olan Barında nə qədər insanın öldüyü və neçə nəfərin həbs olunduğu barədə məlumatımız yoxdur.
Buna baxmayaraq, Barın müqavimətini həyata keçirən, xüsusən Zeydin Yusuf, İshak Hoşur, Məhəmməd Turdi, Məhəmməd Tursun başda olmaqla şəhidlərimizin müqaviməti Şərqi Türküstanın müstəqillik uğrunda apardığı müharibənin qızıl səhifələrində yer aldı. Vaxt gələcək müqavimət göstərənlər barədə Çin polisini xəbərdar edərək xaricə qaçan Muxtar kimi münafiqlər cəzalandırılacaq və şübhəsiz şəhidlərimizin qisası alınacaq.
İsmail CENGİZ
ŞTCSH Baş naziri