Türkiyədə terror aktı baş verib - 5 dinc sakin qətlə yetirildi | Eurasia Diary - ednews.net

1 İyun, Bazar ertəsi


Türkiyədə terror aktı baş verib - 5 dinc sakin qətlə yetirildi

Münaqişələr A- A A+

Türkiyənin Diyarbakır əyalətinin Kulp rayonuna terrorçu PKK qruplaşmasının hücumu nəticəsində 5 dinc sakin öldürülüb.

“EDNews” “Ahaber”ə istinadən xəbər verir ki, məlumatı Diyarbakır valiliyi yayıb.

Bildirilib ki, dinc kənd sakinlərindən ibarət meşə təsərrüfatı işçiləri odun toplamağa gedirmiş. Terrorçular kənd sakinlərinin istifadə etdiyi yola əvvəlcədən yerləşdirdikləri əldəqayırma partlayıcı qurğunu partladıblar. Nəticədə 5 dinc sakin ölüb. 

Ərazidə antiterror əməliyyatı aparmaq üçün əlavə qüvvə göndərilib. 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...