Ermənistanın eks-prezidenti Serj Sarkisyan Aprel müharibəsi ilə əlaqədar komissiyanın iclasında iştirak üçün parlamentə gəlib.
EDNews.net xəbər verir ki, parlament qarşısında jurnalistlərlə görüşən Sarkisyan bütün suallara cavab verməyə hazır olduğunu bildirib.
İclasa gəlməzdən qabaq yaydığı bəyanatda isə Sarkisyan Aprel müharibəsi ilə bağlı bütün spekulyasiyalara son qoymaq niyyətində olduğunu deyib.
“Ermənistan ordusunun əsgərləri növbəti dəfə düşmənə dərs verdi, ona ağır xəsarət yetirdi və Azərbaycanın planlarını pozdu", deyə Sarkisyan növbəti dəfə sərsəm fikir bildirməkdən çəkinməyib. (sputnik.ru)