Liviya Milli Ordusu ölkəni "nəzarətə götürdüyünü" bəyan edib.
EDNews.net xəbər verir ki, bu barədə qiyamçı Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Haftar məlumat yayıb.
Haftar qeyd edib ki, silahlı qüvvələr Liviyanın idarəçiliyini ələ keçirib, bununla Şirat sazişi ləğv olunub.
Qeyd edək ki, Haftarın bu açıq müharibə bəyanatına Liviya Milli Birlik Hökumətindən hələlik reaksiya gəlməyib.
***
ABŞ-ın Liviya səfirliyi Haftarın bəyanatı ilə bağlı açıqlamaya yayıb.
Açıqlamada Haftarın sözügedən bəyanatından Vaşinqton administrasiyasının təəssüfləndiyi bildirilib.
“Haftar və Liviyadakı digər tərəflərin ölkəni dialoqla irəli aparacaq cəhdləri ABŞ tərəfindən müsbət qarşılanacaq”, - deyə bildirilib.
Açıqlamada tərəflər atəşkəsə dəvət edilib.(axar.az)