Ermənistanın sabiq milli təhlükəsizlik naziri: “Yəqin ki, işğal edilmiş əraziləri Azərbaycana qaytaracaqlar”

Münaqişələr 15:08 28.04.2020

Qarabağ münaqişəsinin həllinin mərhələli variantı ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır.

Sergey Lavrovun açıqlamaları o deməkdir ki, sənəd masa üzərindədir və o imzalanmalıdır.

EDNews.net bildirir ki, bunu Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, siyasətçi David Şahnazaryan “News of Armenia” agentliyinə müsahibəsində deyib.

“Mən həmişə demişəm ki, Paşinyan məhz mərhələli variantı müzakirə edir. Bu hər şeydən əvvəl, Lavrovun dediyi kimi, Artsax Silahlı Qüvvələrinin ərazilərdən (beş rayondan) çıxarılması və ikinci mərhələdə, işləməyəcək bəzi kommunikasiyaların açılması, Azərbaycanın tərkibinə daxil olması istisna olmamaqla Dağlıq Qarabağın hansısa müvəqqəti statusudur. Hiss olunur ki, bu əraziləri azərbaycanlılara qaytaracaqlar”, - deyə D.Şahnazaryan bildirib.

Onun sözlərinə görə, erməni tərəfi Qarabağ məsələsi ətrafında danışıqların gedişini gizlətməkdə davam edir.

“Xatırlayırsınızsa, Paşinyan hakimiyyətə gələn ilk günlərdə danışıqları əvvəlki hakimiyyətdən qalan nöqtədən davam etdirməyəcəyini dedi, guya o öz nöqtəsindən danışıqlar aparır. Lavrov Paşinyanın həmin “bəndini” üzə çıxardı, bu da bəzi ərazilərin qaytarılması, qalan məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusunun gələcək danışıqlara saxlanılması deməkdir.

Ermənistan Xarici İşlər Nazirliyi və ümumilikdə erməni tərəfi reallığı gizlətməkdə, yalan danışmaqda davam edir. Absurd, bir-birinə zidd olan açıqlamalar verilir: Nikol Paşinyan deyir ki, qərar Ermənistanı, Artsaxı və Azərbaycanı qane etməlidir, Zohrab Mnatsakanyan iddia etdi ki, "heç bir danışıq yoxdur", "bu məsləhətləşmədir", "masada sənəd yoxdur”,- deyə ictimai xadim qeyd edib.

D.Şahnazaryan onu da xatırladıb ki, Lavrov tarixən Ermənistan-Rusiya münasibətlərinin ən aşağı səviyyəsini qeyd edib.

“Əminəm ki, mərhələli variant ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır, çünki Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirdi ki, bu sənəd masa üzərindədir, danışıqlar olub və o imzalanmalıdır. Bu, Ermənistan hakimiyyətinə, hər şeydən əvvəl Paşinyana bir çağırış idi ki, artıq respublika ictimaiyyəti ilə səmimi olmağın, reallığı gizlətməməyin vaxtıdır, hansı ki, baş nazir artıq iki ildir məhz bunu edir.

Bu hansısa mənada həm də bir xəbərdarlıq idi ki, əgər Ermənistan hökuməti reallıqları ictimaiyyətdən gizlətməyə davam edərsə, Rusiya erməni cəmiyyəti ilə sadəcə, özü danışmağa başlayacaq. Lavrov öz adından danışmadı, ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışdı və həmsədr ölkələrin yekdil rəyini təqdim etdi və bu, Ermənistan Respublikası hakimiyyəti üçün də həddən artıq gözlənilməz oldu”, - keçmiş nazir vurğulayıb.

D.Şahnazaryan Ermənistanın beynəlxalq münasibətlərdə tam məğlubiyyətə uğradığını da bildirib: “Bütün istiqamətlərdə uğursuzluqdur: iqtisadi, sosial, investisiya və ilk növbədə xarici siyasət tamamilə məğlub durumdadır. Ermənistanın nəinki strateji tərəfdaşı olan Rusiya ilə ən aşağı səviyyədə münasibətləri var, eyni vəziyyət ABŞ ilə münasibətlərdə də müşahidə olunur, burada ümumiyyətlə gündəlik yoxdur. ATƏT-in Minsk Qrupunun digər həmsədri ötən il Azərbaycanla münasibətləri düzəldən və hətta hərbi-texniki sahədə çox genişmiqyaslı proqramlar həyata keçirən Fransadır. Yəni təkcə Dağlıq Qarabağ probleminin həllində deyil, bütövlükdə xarici siyasətdə də utancverici bir vəziyyət yaranıb",-deyə D.Şahnazaryan etiraf edib.

Sabiq nazir Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasını da dəyərləndirib: “Əgər bu başqa bir dövlətə münasibətdə edilsəydi, deyərdim ki, gülüncdür, amma indiki halda faciəlidir. Beynəlxalq münasibətlərdə belə bir iş tərzi qəbuledilməzdir və bu səbəbdən dünyanın heç bir yerində Paşinyan hakimiyyətinə ciddi yanaşmırlar. Lavrovun düzgün və ya yanlış danışdığını bir kənara qoyaq, müttəfiqlərlə bu dildə və üslubda danışmırlar”.(virtualaz.org)

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Hamısı