Prezidentlərin Sankt-Peterbrqda keçiriləcək üçtərəfli görüşündə ATƏT iştirak etməyəcək. Bunu TASS-a açıqlamasında qurumun mətbuatla əlaqələr şöbəsinin rəis əvəzi Nataşa Racakoviç deyib. O, görüşün tarixi və əlavə detallar barədə sualları isə cavablandırmayıb.
Racakoviç qeyd edib ki, ATƏT-in görüşdən kənarda qalması təşəbbüsünü Rusiya irəli sürüb.
RF prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Putin iyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri ilə öncə təkbətək görüşəcək, daha sonra üçtərəfli Qarabağ müzakirələri aparacaq.
"Eurasia Diary"