"Biz də koronavirusa görə kütləvi maska taxırıq, amma saxta qəhrəmanların maskalarını çıxarda bilmirik ki..."
Ermənistanın Baş naziri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini tapdayaraq işğal altındakı ərazilərimizə gəlib.
EDNews.net xəbər verir ki, işğalçı ölkə lideri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin hazırkı başçısı Bako Saakyan və yeni seçilmiş qondarma “prezident” Araik Arutyunyanın müşayiəti ilə işğalçı hərbi hissələrə və Azərbaycan ordusu ilə təmas xəttindəki düşmən mövqelərinə baş çəkib. Paşinyan eyni zamanda ərazilərimizdə sülənən ermənilərin təsərrüfat işləriylə də tanış olub.(moderator.az)