Rusiyada antiterror əməliyyatı: - Azərbaycan vətəndaşı öldürüldü | Eurasia Diary - ednews.net

29 May, Cümə


Rusiyada antiterror əməliyyatı: - Azərbaycan vətəndaşı öldürüldü

Münaqişələr A- A A+

Rusiyada antiterror əməliyyatında ölənlərin biri Azərbaycan vətəndaşıdır. Rusiyanın Yekaterinburq şəhərində aprelin 30-da keçirilən antiterror əməliyyatında 3 nəfər öldürülmüşdü.

EDNews.net Rusiya KİV-nə istinadən xəbər verir ki, yalnız indi ölən şəxslərin milliyəti məlum olub. Öldürülən 3 şəxsən biri – Denis Əmiraslanovun Azərbaycan vətəndaşı olduğu bildirilir.

Əmiraslanovun Yekaterinburqun Ryabinina küçəsində həyat yoldaşı ilə birlikdə yaşadığı məlum olub. Mənzildən axtarış zamanı dini-ekstremis cərəyana məxsus ədəbiyyat da müsadirə edilib. Öldürülən şəxsin xanımı isə ərinin terrorçu yaxud ekstremist fəaliyyətlə məşğul olmasından xəbərsiz olduğuun əlavə edib.

23 yaşlı Denis Əmiraslanovun 2016-cı ildə Rusiyaya köçdüyü və Azərbaycan pasportuna malik olması məlum olub. Onunla birlikdə İslamı yenicə qəbul etmiş etnik rus Aleksandr Yeqorov və Yuri Qennadiyeviç adlı şəxslər olub.

Rusiya Milli Antiterror Komitəsi aprelin 30-da Yekaterinburq yaxınlığında yerləşən Çkalovsk rayonunda baş tutan əməliyyat zamanı 3 İŞİD tərəfdarının öldürüldüyünü elan etmişdi. Onların Qələbə günü Yekaterinburqun mərkəzində və şəhərdəki hərbi hissələrdən birində partlayış planlaşdırdıqları açıqlanmışdı.(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...