Əfqanıstanın cənub-şərqində ötən gecə törədilən silahlı hücum nəticəsində azı 8 nəfər ölüb.
Hadisə Xost əyalətinin Əlişir dairəsindəki xəstəxananın qarşısında baş verib.
Ölənlər arasında “Hizbi-İslami” partiyasından parlament seçkilərində keçmiş namizəd Əbdül Vəli İxlasın da olduğu bildirilir.
Hələlik bu hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.(report)