Sputnik News yerli mediaya istinadən xəbər verir ki, yük maşınlarında olan naməlum yaraqlılar ABŞ-ın İraqdakı hərbi bazasına gedən hərbi konvoya hücum edərək onu dayandırıb hərbçiləri nəqliyyat vasitələrindən çıxardaraq yük maşınlarını yandırıblar.
Hadisə şənbə günü İraq vətəndaşlarının idarə etdiyi və Bəsrədən ABŞ-ın İraqdakı bazalarından birinə yük daşıyan konvoyun naməlum şəxslər tərəfindən hücuma məruz qalması nəticəsində Səmava-Diwaniya magistral yolunda baş verib.
Hücum nəticəsində ölənlərin olması barədə məlumat verilməyib, ancaq 10 dəqiqədən az davam edən basqında ən azı üç nəqliyyat vasitəsi tamamilə məhv edilib.