Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.
EDNews.net Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gecə döyüşlərində Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Şəhidin fotosunu təqdim edirik: