Sərhədboyu müxtəlif istiqamətlərdə əməliyyatların keçirildiyinə dair məlumatlar əsassızdır | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Sərhədboyu müxtəlif istiqamətlərdə əməliyyatların keçirildiyinə dair məlumatlar əsassızdır

Münaqişələr A- A A+

“Sosial şəbəkələrdə sərhədboyu müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirildiyinə dair məlumatlar yayılır. Bunlar əsassız və qeyri-dəqiq məlumatlardır”.

EDNews.net xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.

V.Dərgahlı bu kimi əsassız məlumatları yayan şəxslərə müraciət edib:

“Belə informasiyalar həqiqəti əks etdirmir. Xalqımız, sosial şəbəkə istifadəçiləri, kütləvi media nümayəndələrindən bu istiqamətdə yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlara diqqət etmələrini xahiş edirik.

Digər dedi-qodu tipli məlumatların yayılması düşmən dəyirmanına su tökməkdir. Odur ki, birmənalı olaraq rəsmi məlumatlara istinad edilməsi vacibdir”.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...