Yəmən ordusu Husi komandanlıq mərkəzinə nəzarəti ələ keçirib | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Yəmən ordusu Husi komandanlıq mərkəzinə nəzarəti ələ keçirib

Münaqişələr A- A A+
Yəmən ordusu şənbə günü Əl-Cəvf əyalətindəki Husi komandanlıq mərkəzinə nəzarəti ələ aldığını açıqladı.
 
Eurasia Diary xəbər verir ki, hərbi saytda dərc olunan məlumata görə, ordu bölmələri Nudud cəbhəsindəki komandanlıq və rabitə mərkəzlərini nəzarətə götürüblər.
 
Əməliyyat zamanı husi üsyançıları tərəfindən itkilərin olduğu və zirehli hərbi maşınların məhv edildiyi bildirilib.
 
Əməliyyat Nudud cəbhəsində davam edir və bölgəni İranın dəstəklədiyi Husilərdən təmizləmək səyləri də davam etməkdədir.
 
Yəmən 2014-cü ildən bəri Husi üsyançılarının paytaxt Səna da daxil olmaqla ölkənin çox hissəsini işğal etdiyi dövrdən bəri şiddət və xaos içindədir. 2015-ci ildə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya, husilərin tutduğu əraziləri geri qaytarmağı hədəfləyən dağıdıcı hava kampaniyası başlatdıqdan sonra böhran böyüdü.
 
Münaqişə zamanı mülki əhali də daxil olmaqla on minlərlə Yəmənli öldürülüb. Hazırda milyonlarla insanın aclıqdan əziyyət çəkdiyi Yəməndə dünyanın ən böyük humanitar böhranlarından biri yaşanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...