Ermənistanın Qarabağ döyüşlərində yaralanan hərbi qulluqçuları savaşa geri dönməkdən imtina edir.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə erməni professor Mels Mkrtumyan jurnalistlərə söyləyib.
Onun sözlərinə görə əsgərlər müharibənin dəhşətindən qorxurlar, ona görə də hospitallarda psixoloqlar fəaliyyət göstərir.
"Dediklərindən aydın olur ki, onlar bunu heç bir zaman unutmayacaqlar. Əsgərlər çox möhkəm qorxublar".
Psixoloq mövcud vəziyyətin 90-cı illərdən olduqca fərqli olduğunu qeyd edib.
"Orduda gərgin psixoloji vəziyyət var. Bir çox hərbçi müharibə dəhşətlərindən xilas olmaq üçün ordu sıralarına qayıtmaqdan qətiyyətlə imtina edir."