Bu gün də Azərbaycan Ordusu bir neçə kəndi işğaldan azad etdi.
Eurasia Diary xəbər verir ki, ölkə rəhbəri İlham Əliyev xalqa çıxışı zamanı azad edilmiş kəndlərin adını açıqlayıb.
Belə ki, Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Saravşa, Həsənqaydı, Füğanlı, İman bağı, Daşveysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng - yeni adı Çinarlı kəndləri və nəhayət olaraq Zəngilan rayonuna da müzəffər ordumuz daxil olub və Havalı, Zərnəli, Məmmədbəyi, Həkəri, Şərifan və Muğanlı kəndləri azad olunub.
Bundan əlavə olaraq, cənab prezident Zəngilan şəhərinin də işğaldan azad olunduğu xəbərini paylaşıb.