"Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb".
Eurasia Dairy xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında etdiyi paylaşımda bildirib.
O bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: “ Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir”.