Oktyabrın 19-da Azərbaycan ordusunun Qarabağda keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Ermənistanın “Şvak” Milli Döyüş növü Federasiyasının prezidenti, məşqçi Szak Mnatsakanyan məhv edilib.
Eurasia Diary-nin xəbərinə görə, bu barədə news.am saytı məlumat yayıb.
Mənbə qeyd edir ki, S.Mnatsakanyan Ermənistan silahlı qüvvələrinin sıralarına öz müraciəti ilə qoşulub və bu barədə “Facebook” səhifəsində məlumat da yerləşdirib.(oxu.az)