Ukrayna mediası Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsindən yazıb | Eurasia Diary - ednews.net

29 Noyabr,


Ukrayna mediası Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsindən yazıb

Münaqişələr A- A A+

Ukraynanın “news.24tv.ua” portalında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi Zəngilan şəhərində ermənilərin məscidi donuz tövləsinə çevirməsi ilə bağlı məqalə dərc olunub.

Eurasia Diary-nin xəbərinə görə, məqalədə bildirilib ki, Zəngilan şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri ermənilərin məscidi dağıtdıqlarını və oranı donuz tövləsi kimi istifadə etdiklərini aşkar ediblər.

“Yeri gəlmişkən, Zəngilan rayonu Dağlıq Qarabağa daxil deyil və burada həmişə əsasən azərbaycanlılar yaşayıb. Ancaq Ermənistan Zəngilan rayonunu da işğal edib. Məscidin dəhşətli vəziyyətini əks etdirən videolar artıq sosial şəbəkələrdə yerləşdirilib. Görüntülərdə məscidin demək olar ki, dağıldığı və onun qalıqlarında sadəcə bir neçə donuzun olduğu görünür.  Düşmənin dini abidəyə olan barbar münasibətindən hətta hərbçilərin də şoka düşməsi diqqət çəkir”, - deyə məqalədə qeyd olunub. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...