Separatçıların lideri Rusiya prezidentinə döyüşlərə son qoymaq üçün mümkün olan hər şeyi etmək xahişi ilə müraciət edib.
Eurasia Diary xəbər verir ki, tanınmayan "DQR"in qondarma "prezidenti" Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edib. Arutyunyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən, Ermənistan-Azərbaycan münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və siyasi proseslərin davam etdirilməsi üçün əlindən gələni etməsini xahiş edib.
Bu barədə Arutyunyan Facebook səhifəsində yazıb.