Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Münaqişələr 18:06 25.10.2020

Azərbaycanda fəaliyyət göstərən QHT beynəlxalq təşkilatlara Ermənistanın 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara istifadə etməsinə dair müraciət ünvanlayıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, UNICEF-in İcraçı Direktoru xanım Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri cənab Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun Prezidenti cənab Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin Prezidenti cənab Siddharta Kaula, Uşaq Müdafiə Fondunun icraçı direktoru xanım Bharti Vahiyə, Uşaqlar üçün Qlobal Fondunun prezidenti cənab Con Heklingerə ünvanlanan müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatıb, hərbi əməliyyatlar yenidən bərpa edilib.

“Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Təəssüf ki, Ermənistan hələ də  hərbi cinayət törətməkdə davam edir.

Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).

Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.

Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi  bir daha onu göstərir ki,  işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.

Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”, - müraciətdə bildirilib.

 

İmza:

1.       "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm

2.       "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur

3.       "Aran" uşaqların sağlam gələcəyi ictimai birliyi, Hüseynov İbrahim

4.       Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət

5.       "İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad

6.       «Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər

7.       "Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə

8.       “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən

9.       "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə

10.     "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası ictimai birliyi, Hüseynov Rəşad

11.     "Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq

12.     Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar

13.     Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı

14.     “Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şükufə

15.     "İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman

16.     “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif

17.     "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün

18.     Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam

19.     "Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə

20.     "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq

21.     "Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət

22.     "Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə

23.     "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz

24.     "Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad

25.     "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə

26.     "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban

27.     "Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural

28.     "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə

29.     "Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin

30.     “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam

31.     "Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov

32.     "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə

33.     “Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar

34.     Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil

35.     Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım

36.     "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb

37.     "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə

38.     "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün

39.     "Qadın və Uşaq Sosial Təminatı" Ictimai Birliyi, Dadaşova Firuzə

40.     "Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay

41.     “El Qayğısı" Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur

42.     "Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül

43.     "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur

44.     “Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Hamısı