Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir.
Eurasia Diary Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.
Xəsarət alanlar yoxdur.
***
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, düşmən ötən gecə və bu gün Goranboy rayonunun Tapqaraqoyunlu kəndini raket atəşinə tutub. Nəticədə kəndə iki raket düşüb. Raketlərdən biri kənd qəbiristanlığının yaxınlığına düşüb.
Hadisə yerinə ANAMA-nın əməkdaşları cəlb olunub.