İşğalçı Ermənistan rejiminin Azərbaycanın dinc əhalisinə qarşı qətliamı davam edir.
Eurasia Diary xəbər verir ki, bu gün Bərdəyə endirilən raket zərbələri nəticəsində son məlumatlara görə 26 nəfər həyatını itirib və 80-dən çox yaralı var.
Qeyd edək ki, dünən də Bərdə şəhəri mənfur düşmənlərin hədəfinə tuş gəlib və ümumilikdə 5 mülki vətəndaşın həyatına son qoyub.
Bərdə faciəsini əks etdirən fotoreportajı sizə təqdim edirik: