Separatçıların lideri Araik Arutyunyan ötən gün axşam bildirib ki, Azərbaycan qoşunları Şuşa şəhərinin beş kilometrliyindədir.
"Bakı erməni qələbələrinin simvolu olan Şuşi şəhərini ələ keçirmək istəyir. Düşmən Şuşidən 5 km məsafədədir. Necə deyərlər, Şuşiyə nəzarət edən Artsaxı idarə edir. Şəhərin müdafiəsinə birlikdə durmağa çağırıram", Arutyunyan deyib.