Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış yerlərini və mülki obyektlərini raket atəşinə tutmaqda davam edir.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın Əhmədağalı kəndində fərdi yaşayış evlərini raket atəşinə tutub. Nəticədə bir neçə ev dağılıb, şəxsi təsərrüfatlar ciddi ziyan dəyib.