Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb | Eurasia Diary - ednews.net

3 Dekabr, Cümə axşamı


Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb

Münaqişələr A- A A+

Sentyabrın 27-dən bu gün saat 13:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, 91 nəfər dinc sakin həlak olub, 404 dinc sakin yaralanıb.

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 2 465, yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 97 və yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 455-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...