Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı düşməndən hərbi qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilir.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.
Yaxın günlərdə həmin texnikaların Azadlıq meydanında nümayiş etdiriləcəyi bildirilir.