Hadrut rayonunda aparılan axtarışlarda daha 6 erməni hərbi qulluqçusunun cəsədi tapılıb.
Eurasia Diary erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Fövqəladə Hallar Nazirliyi məlumat verib.
"Ölən hərbçilərin kimliyi müəyyənləşdirildi. Hələlik axtarış tədbirləri nəticəsində ümumilikdə 1194 cəsəd tapılıb. Bu gün axtarış əməliyyatları Hadrut, Cəbrayıl və Əsgəran hissələrində davam etdirilir", deyə məlumatda qeyd olunub.