Türkiyənin Diyarbəkir vilayətində terrorçularla hərbiçilər arasında baş verən qarşıdurmada Türkiyə ordusunun bir əsgəri şəhid olub və iki əsgəri yaralanıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə Liçe rayonunda baş verib.
Hazırda bölgədə antiterror əməliyyatı həyata keçirilir. Türkiyə DİN əraziyə əlavə qüvvə göndərib.