Almaniyada ötən gün 16 946 nəfərə COVID-19 diaqnozu qoyulub.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Məlumata görə, son sutkada Almaniyada 465 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 1 908 527 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 40 343 nəfər dünyasını dəyişib. Ümumi sağalanların sayı isə 1,5 milyondan çoxdur.