Qəhrəman Azərbaycan ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizləmə işləri davam edir. Ermənistan ordusunun tələ qurduğu minalı sahələr Azərbaycan Ordusu tərəfindən təmizlənir.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə Türkiyə Quru Qoşunlarının Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi də Azərbaycan ordusuna dəstək üçün bölgəyə göndərilib.
"Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçən mehmetçiklərimiz eyni zamanda işğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edir”, - deyə məlumatda qeyd olunub.