İkinci Qarabağ müharibəsi zamanı öldürülən daha 4 erməni hərbi qulluqçunun cəsədi tapılıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə qondarma qurumun "nümayəndəsi" məlumat verib.
Bildirilir ki, cəsədlər Qubadlı rayonu ərazisində aşkarlanıb. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.
2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1 378 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.