Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb Kremlə göndərilən şərablar

Münaqişələr 23:00 27.02.2021

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında hazırlanmış növbəti reportaj Xocavənd rayonunun Tuğ kəndindəndir.

“Alxanlıdan ta buradək, bu torpaqların hər qarışı üçün döyüşdük. Düşmən demək olar ki, hər yerdə Göy Göz kosanın tilsimli dağı kimi tələlər, pusqular qurmuşdu, tunellər qazmışdı. Amma iti qovan kimi qovduq”.

Bunu adının çəkilməsini istəməyən zabit deyir bizə. Döyüşlərin birində yaralanıb da. Yarasını sağalda-sağaltmaya yenidən döyüşə atılıb. Nəhayət, noyabrın 9-da Qarabağın ən böyük kəndlərinin birinə, Tuğa üçrəngli bayrağımızı asıblar.

 Hə, Tuğdayıq. Xocavənd rayonunun Tuğ kəndində.

 O Tuğda ki onun bir adı da cənnət olmalıydı məncə.

 O Tuğda ki Allah bura kefinin ən yaxşı vaxtında sığal çəkib sanki.

O Tuğ ki Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biridir.

O Tuğ ki bəşəriyyətin, sivilizasiyanın beşiklərindən sayılır...

Sizə qəribə gəlməsin, Tuğ müasir sivilizasiyanın inkişafa başladığı ən qədim insan və mədəniyyət məskənlərindən biridir. Məhz Azıx mağarasına görə, Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib. Elə Azıxdan da əbəs yerə danışmadıq ilk öncə.

Zaman, noyabrın 9-u.

Azərbaycan əsgəri, 29 ildən sonra Tuğu işğaldan azad edir və...

Və kənddəki evlərin birində qəribə bir tapıntıyla üzləşir. Əsgərlər danışır ki, evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar edirlər. Tapıntıdan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılır. İlkin araşdırmalar zamanı məlum olur ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri yerləşdirilib həmin qutularda. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycandan çıxarmağa imkan tapmayıblar həmin vaxt.

Azıx mağarası Tuğ işğal olunandan sonra sözün həqiqi mənasında erməni vandalizminə məruz qalıb. Ermənilər qeyri-qanuni olaraq mağarada arxeoloji tədqiqatlar aparmaq üçün xarici ölkələrdən belə alimlər dəvət ediblər. Məqsəd mağaranın ermənilərin qədim tarixi ilə bağlı olduğunu göstərmək, Azərbaycan izlərini itirmək olub. Yaddan çıxmamış; ermənilər mağaradan təkcə qanunsuz tədqiqat kimi deyil, silah-sursat anbarı kimi də istifadə ediblər.

Qutulardan danışırdıq axı. Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov da həmin rayona ezam olunub.

Yerində baxış zamanı müəyyən edilib ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti isə qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar Bakıya gətirilib.

***

Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşən, Tuğ  qədim türk dilində “bayraq” deməkdir. Bəzi tarixi bilgilərə görə isə, “tuğ” başında at və ya öküz quyruğu bağlanan nizəyə deyilir. Qədim türk savaş nizamında “Tümən tuğu”, “doqquz tuğlu tudun” adlı terminlər olub. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası (“Ritiş qalası”), Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidələri var.

Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ şenliyi sayılırmış. 1727-ci ilə bağlı qaynaqda qeyd olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayıb. Kəndin 10 dəyirmanı varmış. Əhali dənli bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərirmiş.  Baramaçılıqla da məşğul olanlar varmış. Tuğ kəndinin gəliri 80.000 ağça təşkil edirmiş.

***

Azərbaycanda açılan ilk dünyəvi məktəblərdə biri də Tuğ kəndində olub.

Maarifçilik hərəkatının getdikcə genişləndiyi, mütərəqqi fikirli ziyalıların yeni tipli məktəblərin açılması uğrunda mübarizəsinin təkidli xarakter aldığı XIX əsrin 80-ci illərində, çarizmin güzəştə gedərək keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan ərazisində fəaliyyətə başlamış Tuğ kənd orta məktəbinin əslində bu il yubileyidir - bu məktəbin yaradılmasından 135 il keçir. Rusiya İmperatoru II Aleksandrın 1883-cü ildə imzaladığı bir sənəddə qeyd olunur ki, 1850-ci illərdən fəaliyyət göstərən Yelizavetpol quberniyası Şuşa qəzasının Tuğ kəndindəki şərq məktəbinə (mollaxana) rus-Avropa tipli məktəb statusu verilsin.

Tuğ məktəbinin yaradılmasında dövrünün tanınmış ziyalısı Mir Mehdi Xəzaninin böyük rolu olub. Mir Mehdi Xəzani 1894-cü ilə kimi bu məktəbə rəhbərlik etmişdir. Ondan sonra məktəbin direktoru 1894-1922-ci illər ərzində Məhəmməd bəy Məlikyeqanov, 1922-1934-cü illərdə Mustafa Cahangirov olublar. Məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məhəmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi dövrün görkəmli ziyalıları müəllimlik ediblər.

Tuğ məktəbinin ilk məzunları içərisində Azərbaycan Demokratik Cümhuriyyətinin iki üzvünün olması məktəbin şöhrətindən xəbər verir. Bunlar Azərbaycan Demokratik Cümhuriyyətinin dəmiryol və rabitə naziri olmuş Xudat bəy Ağabəy oğlu Məlikaslanov və bir sıra rəhbər vəzifələrdə işləmiş Cavad bəy Rza oğlu Məlikyeqanovdu. Məktəbin bir çox məzununun, o cümlədən tanınmış maarifçi İbrahim Məşədi Allahverən oğlu Cahangirovun 20-ci illərdə Tuğ kəndinin və məktəbinin abadlaşdırılmasında böyük xidmətləri olub.

Maarifçilik hərəkatının getdikcə genişləndiyi, mütərəqqi fikirli ziyalıların yeni tipli məktəblərin açılması uğrunda mübarizəsinin təkidli xarakter aldığı XIX əsrin 80-ci illərində, çarizmin güzəştə gedərək keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan ərazisində fəaliyyətə başlamış Tuğ kənd orta məktəbinin əslində bu il yubileyidir - bu məktəbin yaradılmasından 135 il keçir. Rusiya İmperatoru II Aleksandrın 1883-cü ildə imzaladığı bir sənəddə qeyd olunur ki, 1850-ci illərdən fəaliyyət göstərən Yelizavetpol quberniyası Şuşa qəzasının Tuğ kəndindəki şərq məktəbinə (mollaxana) rus-Avropa tipli məktəb statusu verilsin.

Tuğ məktəbinin yaradılmasında dövrünün tanınmış ziyalısı Mir Mehdi Xəzaninin böyük rolu olub. Mir Mehdi Xəzani 1894-cü ilə kimi bu məktəbə rəhbərlik etmişdir. Ondan sonra məktəbin direktoru 1894-1922-ci illər ərzində Məhəmməd bəy Məlikyeqanov, 1922-1934-cü illərdə Mustafa Cahangirov olublar. Məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məhəmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi dövrün görkəmli ziyalıları müəllimlik ediblər.

Tuğ məktəbinin ilk məzunları içərisində Azərbaycan Demokratik Cümhuriyyətinin iki üzvünün olması məktəbin şöhrətindən xəbər verir. Bunlar Azərbaycan Demokratik Cümhuriyyətinin dəmiryol və rabitə naziri olmuş Xudat bəy Ağabəy oğlu Məlikaslanov və bir sıra rəhbər vəzifələrdə işləmiş Cavad bəy Rza oğlu Məlikyeqanovdu. Məktəbin bir çox məzununun, o cümlədən tanınmış maarifçi İbrahim Məşədi Allahverən oğlu Cahangirovun 20-ci illərdə Tuğ kəndinin və məktəbinin abadlaşdırılmasında böyük xidmətləri olub.

Tuğ kənd orta məktəbi özünün ikinci ömrünü isə 1978-ci ildən yaşamağa başladı. O dövrlərdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz onun sərəncamına əsasən 1975-1978-ci illər ərzində Tuğ kəndində 640 yerlik ikimərtəbəli müasir tipli məktəb binası inşa edildi. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyası, 3 linqafon kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, maşınşünaslıq kabineti, zəngin kitabxana, geniş idman zalı, yüz yerlik akt zalı, şagirdləri isti xörəklə təmin edən yeməkxana  fəaliyyət göstərirdi. Qonşu kəndlərdən məktəbdə təhsil almağa gələn şagirdlər üçün internatın olması isə o dövr üçün yenilik idi. Bir maraqlı fakt. Bu kənddən “Hacı Qara” əsərində Mirzə Fətəli Axundov yazıb, “1905-ci ildə” pyesində Cəfər Cabbarlı söhbət açıb. Vaxtilə Tuğ məktəbind böyük Üzeyir bəy dərs deyib Hə, dahi Üzeyir bəy.

O, Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Tuğ kəndində müəllimlik etmişdi.İlk yazılarını da buradan - Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərmişdi. Onun ilk göndərdiyi yazı 1904-cü ilin sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında bu imzayla çap edilib: “Korrespondensiya. Cəbrayıl qəzasından (Müxbirimizdən)”.

***

Tuğ zəngin tarixi və mədəni abidələrlə zəngindi. Quruçay vadisində yerləşən bu kənddə “Ritiş qalası”, bəzən isə “Tuğ qalası” adlanan qala yerləşir.

Burda əsası 1197-ci ildə qoyulmuş Alban məbədi, yaşı 10 əsri ötən “Qırmızı məbəd”, 18-ci əsrdə tikilmiş körpü və onlarla belə tarixi abidə var.

Burda şərabçılıq çox inkişaf etmişdi. Üzümçülük Tuğun və Hadrutun əsas simvollarından biri sayılırdı.

Burda istehsal olunan qırmızı şərab sovet dönəmində Kremldə əyləşmiş məmurların qida rasionuna daxil idi.

Kreml demişkən, 1991-ci ildə, Tuğda yaşayan ermənilər bilirsinizmi nə etmişdi?

Bax, bu artıq başqa söhbətin mövzusudur. Sabah biləcəksiniz;

-         Bir gecədə ermənilər 200-dən çox teleqramı Moskvaya niyə göndərmişdilər

-         Azıxdan danışdıq, bəs Tağlar mağarası?

-         Əməkdaşımız Tuğda nə tapdı?

Bizimlə qalın, heç yerdə oxumayacaqsınız...

Müəllif: Səbuhi Məmmədli

Foto – Vüqar Əlioğlu © APA GROUP

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Hamısı