İsrail gecə saatlarında Suriyanın paytaxtı Dəməşq şəhərinin cənub hissələrinə raket zərbələri endirib.
Reuters agentliyinin verdiyi məlumata görə, zərbələr İran tərəfindən dəstəklənən qrupların cəmləşdiyi bölgələrə endirilib.
Suriya ordusu açıqlamasında hücumun Colan təpələrindən həyata keçirildiyini və raketlərin əksəriyyətinin zərərsizləşdirildiyini bildirib. İsrail ordusu məlumatı şərh etməyib.
Qeyd edək ki, bu, son bir ayda İsrail ordusunun Suriyanın paytaxtına ikinci hücumudur.
İsrail Müdafiə Naziri Benni Qantz cümə günü bildirib ki, İsrail Suriyadakı İran tərəfindən dəstəklənən qrupların qarşısını almaq üçün həftəlik fəaliyyətə başlayıb.