Qarabağda səpələnmiş erməni meyitləri çaqqallara yem olur | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Qarabağda səpələnmiş erməni meyitləri çaqqallara yem olur

Münaqişələr A- A A+

İki həftəlik fasilədən sonra Ermənistanın axtarış qruplarına Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında cəsəd axtarmağa icazə verilib.

Ermənistan tərəfinin məlumatına görə, axtarışlar fevralın 15-dən dayandırılmışdı, bu gün isə bərpa olunub.

Ermənistanın 4 axtarış qrupu bu gündən Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisində 44 günlük müharibədə ölmüş hərbçilərin meyitlərini axtarmağa davam edəcək.

Bu arada BBC-nin Rus xidməti Qarabağ ərazisində ölüb qalmış erməni hərbçilərin meytitləri barədə tükürpədən məlumat yayıb.

Laçın şəhərinə ezam olunmuş BBC jurnalistləri bildiriblər ki, kimsəsiz çöllüklərdə qalmış erməni hərbçilərin meyitlərini ac-yalavac çaqallar didib-parçalayırlar. Bunu BBC-yə axtarış missiyasının bir üzvü etiraf edib:

"Burada qördüyüm ən dəhşətli mənzərə çaqqalların tikə-tikə didib parçaladıqları cəsədlərdir”, - deyə “Qızıl Xaç”la birgə ölənlərin axtarışı işinə cəlb edilən missiya üzvü bildirib.

“Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər də görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc 18-19 yaşlı erməni oğlanlarının meyitləri. Dəhşət idi...".

Axtarış missiyasının üzvü Azərbaycan hərbçilərinin humanistliyindən bəhs etməyi də unutmayıb:

“Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar - beləliklə cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz çaqqalların parçaladığı bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq", -deyə axtarış missiyasının üzvü söyləyib.

Ermənistan tərəfinin məlumatına görə, 13 noyabr 2020-ci ildən bu günə kimi aparılan axtarış nəticəsində 1485 cəsəd tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...