Somalidə dəhşətli terror - azı 20 nəfər həlak olub, onlarla yaralı var | Eurasia Diary - ednews.net

18 Aprel,


Somalidə dəhşətli terror - azı 20 nəfər həlak olub, onlarla yaralı var

Münaqişələr A- A A+

Somalin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində azı 20 nəfər həlak olub.

Eurasia Diary xəbər verir ki, bu barədə “Reuters” agentliyi həkimlərə istinadən məlumat yayıb.

“Biz indiyə qədər partlayışin baş verdiyi yerdən 20 nəfərin meyitini və 30 yaralını daşımışıq”, - ölkənin təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil restoranlardan birinin qarşısında partlayıb. Partlayışdan sonra atışma səsləri eşidilib.

"Garowe Online" portalı bildirib ki, partlayış şəhər həbsxanasının yaxınlığındakı restoranın yanında baş verib. Portalın məlumatına görə, hadisə zamanı 40 nəfər xəsarət alıb.

Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Polis hadisənin baş verdiyi əraziyə aparan bütün yolları bağlayıb.

Report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...