Ermənistan Baş Qərargah rəisinin müavini, döyüş hazırlığı idarəsinin rəisi, general-leytenant Andranik Makaryana ittiham elan edilib.
Eurasia Diary bildirir ki, bu barədə “Joxovurd” nəşri Ermənistan Baş Prokurorluğuna istinadla yazıb.
Markaryan Ermənistan İstintaq Komitəsində açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qəzetin 44 günlük müharibə ilə əlaqədar cinayət işi çərçivəsində Makaryanın dindirilməsi barədə sorğusuna cavab olaraq Baş Prokurorluq bildirib ki, Makaryan təqsirləndirilən şəxs kimi cəlb olunub.
Qeyd edək ki, Makaryan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın və digər hərbçilərin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə verdiyi bəyanata qoşulmayan dörd hərbçidən biridir. Qəzet onun öz səbəbi olduğunu ehtimal edir.
Erməni KİV-lərinin yazdığına görə, Makaryan Baş Qərargahın bəyanatını, Qarabağdakı müharibənin nəticələrindən sonra açılan cinayət işlərindən birinin onun rəhbərlik etdiyi idarənin əməlləri ilə əlaqəli olduğuna görə imzalamayıb. Xüsusilə söhbət Zəngilanda başlı-başına burxılmış hərbçilər qrupundan gedir (onlar indiyə qədər itkin düşmüş hesab olunurlar).
Nəşrə görə, Makaryan ümid edir ki, Qasparyan işdən çıxarıldıqdan sonra o, Baş Qərargah rəisi təyin ediləcək, onun barəsində olan cinayət işinə isə xitam veriləcək.