Hulusi Akar Kipr probleminin tək çıxış yolunu açıqladı | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


Hulusi Akar Kipr probleminin tək çıxış yolunu açıqladı

Münaqişələr A- A A+

Kipr Türkiyənin milli məsələsidir.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Kiprdə qarant dövlətlərdən biri Türkiyədir:

“Həqiqəti əks etdirməyən bəyanat və təşəbbüslər nə Cənubi Kiprə, nə də Yunanıstana fayda verəcək. Onlar bir an əvvəl türklərin bölgədəki varlığını qəbul etməlidirlər. Bölgədə yaşayan xalqlar da eyni hüquqa malikdirlər. Ümid edirik ki, Avropa Birliyi (AB) də bu mövzuda lazım olan addımları atacaq. Çox təəssüf ki, bölgədə baş verən hadisələrə sadəcə yunanların gözü ilə baxılmaqdadır. Bu da beynəlxalq hüquq normalarına zidd hərəkətdir. Adada artıq tək çıxış yolunun ikidövlətli həll variantı olduğunu hamı görməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...