Rusiya Ordusu terrorçuları Qarabağa buraxıb

Münaqişələr 18:42 11.03.2021

İşğalçı Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan martın 10-u Xankəndi şəhərində N saylı hərbi hissənin hərbi qulluqçuları ilə görüşərək onlara “dövlət mükafatları” təqdim edib. Bu hərbi qurumun rəhbəri Vladimir Vartanovdur.

Eurasia Diary "Turan”a istinadən xəbər verir ki, Araik Arutunyan təltif edilən şəxslərin Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin payızında keçirdiyi əməliyyatlar zamanı Qırmızı Bazar qəsəbəsini (Xocavənd rayonu) igidliklə qoruduğunu vurğulayıb.

Agentlik Rusiya sülhməramlılarının Vladimir Vartanovun rəhbərlik etdiyi hərbçiləri Qarabağa necə buraxdığı sualını qoyur, Azərbaycan hakimiyyətini bununla bağlı izahat tələb etməyə çağırır.

Azərbaycan Baş Prokurorluğunun 3 noyabr 2020-ci il açıqlamasında qeyd olunub ki, Ermənistan vətəndaşı Vladimir Vartanov və qeyrilərinin digər ölkə vətəndaşlarını cəlb edərək “VoMa” adı altında silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuluq əməlləri törətmələrinə dair araşdırma aparılıb, Vladimir Vartanov və digərlərinin Azərbaycana və ölkənin vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə cinayətkar birlik halında birləşmələri müəyyən edilib, həmçinin Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə muzdlu kimi istifadə edilmələri bilinib.

Məlumata əsasən, faktla bağlı təcavüzkar müharibəni aparma, cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və digər ittihamlarla cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib, ərazilərdə özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejim qurub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bir çox qəsəbə və kənd azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna beş il müddətinə Rusiyanın hərbi kontingenti yeridilib.

Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Hamısı