Əfqanıstanın qərbindəki Herat vilayətindəki polis bölməsinə hücum təşkil olunub.
Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Herat valisi Sayed Vahid Katali bildirib.
Məlumata görə, bomba yüklü avtomobilin partladılması nəticəsində mülki şəxslər daxil olmaqla 8 nəfər həlak olub, 53 nəfər yaralanıb. Onlardan 6-sının vəziyyətinin ağır olduğu qeyd edilib.
Partlayışın şiddətindən bölgədəki bir çox evə zərər dəyib.
Hücuma məsuliyyəti hələ heç bir terror təşkilatı öz üzərinə götürməsə də, Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen “Taliban”ı ittiham edib.