Ermənistan tərəfi döyüşlərdəki itkilərini etiraf etməyə davam edir.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, həyata keçirilən hərbi əməliyyatlar zamanı düşmən ordusunun məhv edilən hərbi qulluqçularının daha 96-nın adı məlum olub.
Məlumata görə, Ermənistan indiyədək rəsmi olaraq 2400-dən artıq itkisini elan edilb.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərdə öldürülən 3500-dən artıq erməni hərbi qulluqçunun ekspertizası keçirilib.
Digər itkilər Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilir.