İraqın şimalında yerləşən Mətina bölgəsində PKK terrorçu qruplaşmasına aviazərbələr endirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, keçirilən hərbi əməliyyat zamanı 9 PKK terrorçusu məhv edilib.
Xatırladaq ki, Türkiyənin İraqda keçirdiyi hərbi əməliyyatlar Bağdad hökuməti tərəfindən ərazi bütövlüyünün və suverenliyin pozulması kimi xarakterizə olunub.