Xocavənd rayonunun Hadrut qəsəbəsində həyata keçirilmiş axtarış işləri nəticəsində Ziyarət dağına gedən yolun 5-ci kilometrliyində daha 2 erməni hərbi qulluqçunun meyiti tapılıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, onların kimliyini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi ekspertizası həyata keçiriləcək.
Beləliklə, atəşkəsdən sonra tapılmış və ya Azərbaycan tərəfindən erməni tərəfinə təhvil verilmiş meyitlərin ümumi sayı 1546 olub.