ABŞ-ın İraqdakı hərbi bazası yaxınlığına bir neçə raket atıldı | Eurasia Diary - ednews.net

8 May, Şənbə


ABŞ-ın İraqdakı hərbi bazası yaxınlığına bir neçə raket atıldı

Münaqişələr A- A A+

Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ hərbi bazası raket atəşinə tutulub.

Bu barədə “ əl-Sumaria” kanalı təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

"Bağdad hava limanı yaxınlığındakı Amerika hərbi bazasına üç raket atılıb", - məlumatda vurğulanıb.

Bir raketin isə bazanın uçuş-enmə zolağının yaxınlığına düşdüyü qeyd edilib. Söhbət “Qələbə” bazasından gedir.

Reuters agentliyi də Bağdad hava limanının yaxınlığına ən azı üç raket düşdüyü barədə məlumat yayıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Hələlik heç bir radikal təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Yeri gəlmişkən, daha əvvəl İraq Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasem al-Arac Bağdad və Vaşinqtonun ölkə ərazisində xarici hərbi bazaların olmayacağına dair razılığa gəldiklərini söyləyib. Konkret vaxtın isə daha sonra aparılacaq texniki məsləhətləşmələrdə müəyyənləşdiriləcəyi bildirilib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...