Ukrayna Rusiyanı Belarusdan hücum etmək istəyində günahlandırıb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Danilyuk hakimiyyəti Rusiyanın təhdidi qarşısında ayıq-sayıq olmağa çağırıb və Rusiyanı Belarus ərazisindən Ukraynaya hücum etmək istəyində günahlandırıb.
Onun sözlərinə görə, Moskvanın Silahlı Qüvvələri ölkənin cənub-qərb bölgələrindən çıxarmasına baxmayaraq, Kiyevə diplomatik yollarla təzyiq göstərməyə davam edəcək və respublika sərhədlərində möhkəmlənmək üçün yeni yollar axtaracaq.
“Növbəti addım yəqin ki, Belarusda olacaq. Rus ordusunun şimal sərhədlərinə daxil olması vəziyyətimizi daha da qəlizləşdirəcək”,- deyə Danilyuk bildirib.
Danilyuk vurğulayıb ki, ölkələr arasındakı qarşıdurmanın kəskinləşməsi hələ də bitməyib və Rusiya bölgəni “ələ keçirmək” planlarından əl çəkməyib.
“Biz aysberqun yalnız təpəsini, hadisələrin zahiri təzahürlərini görürük”,- deyə keçmiş katib əlavə edib.
Bundan əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu Cənub və Qərb hərbi dairələri qoşunlarının daimi yerləşdirmə məntəqələrinə aparılmasını əmr edərək, onların yoxlanmasını tamamlamağa qərar verib. Onun sözlərinə görə, təlimlərdə iştirak edən hərbçilər və hərbi texnika 23 apreldə daimi bazalarına qayıtmağa başlayıb.
Daha sonra Rusiya qoşunlarının Ukrayna ilə sərhədlərdən geri çəkilməsini Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsi xidməti kimi qiymətləndirilib. Bunu prezident ofisi rəhbərinin müavini Andrey Yermak söyləyib. O, əmindir ki, dövlət başçısı “misli görünməmiş bir iş” görüb və bu faktı olduqca təqdirəlayiq adlandırıb.