Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş hərbi qulluqçusunun şəhid olduğu məlum olub.
Eurasia Diary xəbər verir ki, müddətdən artıq hərbi xidmət edən (MAXE) hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi tapılıb.
Şəhidin bu gün Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.