Qırğız Respublikası və Tacikistan sərhəddə silahlı konflikt zonasından hərbi qulluqçuların və hərbi texnikanın aparılmasına başlayıblar.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.
"Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı", - xəbərdə deyilir. Sərhəd şöbəsindən verilən məlumata görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə edilir, ötən gecə heç bir insident və ya atışma qeydə alınmayıb.
"Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət aparır", - xəbərdə vurğulanır.