Qırğızıstan Tacikistanla toqquşmalarda yaralananların sayını açıqladı - Son statistika | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Qırğızıstan Tacikistanla toqquşmalarda yaralananların sayını açıqladı - Son statistika

Münaqişələr A- A A+

Tacikistanla sərhəd münaqişəsində yaralanan Qırğızıstan vətəndaşlarının sayı 153 nəfərə çatıb.

Eurasia Dairy TASS-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Aliza Soltonbekova bildirib.

Nazir müavinin sözlərinə görə, ümumilikdə 189 nəfər yaralanıb və 36 nəfər ölüb. Hazırda 100 yaralı xəstəxanalarda müalicə alır. Bundan əvvəl isə 150 nəfərin yaralandığı bildirilirdi.

Tacikistan ilə Qırğızıstan arasındakı münaqişə Batken rayonunun Kok-taş kəndi yaxınlığında baş verib. 28 apreldə iki ölkənin bölgədəki sakinləri arasında toqquşmalardan sonra sərhəddə vəziyyət kəskinləşib. Beləliklə, bir gün sonra bu, sərhədçilər arası toqquşmaya çevrilib. 

Qırğızıstan Tacikistanı minaatan, pulemyot və Mi-24 hərbi helikopterlərindən istifadə etdiyini bildirir. 29 aprelin gecəsi tərəflər atəşkəsə və qoşunların geri çəkilməsinə razı olublar. Lakin bununla belə, toqquşmalar 1 may tarixinədək qısa fasilələrlə davam edib. tacikistan və Qırğızıstan hökumətlərinin nümayəndələrinin görüşündə tərəflər hərbi texnikanı daimi yerləşdirmə yerlərinə qaytarmaq barədə razılığa gəliblər.

Qırğızıstan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölən və yaralananların əksəriyyəti mülki şəxslərdir. Döyüş əməliyyatları zamanı 100-dən çox bina yanıb və zədələnib. Ümumilikdə münaqişə bölgəsindən təxminən 33 min mülki şəxs təxliyyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...