Pakistanın Heybər Pahtumva əyalətində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 2 hərbçi həlak olub, 2-si yaralanıb.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, avtomobildə 4 hərbçi olub.
Hadisə əyalətin Bajaur rayonunda törədilib. Hərbçilərin olduğu nəqliyyat vasitəsi ərazidən keçərkən bomba partladılıb.